+994 12 5646999
zekakurslar@gmail.com

 

MAGİSTRATURA SINAQ MÖVZULARI

 MƏNTİQ

  Şifrələr.

  Sıralar.

  Əməllər (Operatorlar).

  Riyazi əməllər.

  Ardıcıllıqlar.

  Cədvəllər.

  Rebuslar.

  Hesab əməlləri.

  Tərəzi.

  Şəklin analizi.

  Şəkil çevrilməsi.

  Şəkil ardıcıllığı.

  Şəkil cədvəli (matrisi).

  Simmetriya (qatlama).

  Müstəvi kəsiklər.

  Fəza fiqurları.

  Analogiya (sözlər).

  Anaqramlar.

  Mətnin məntiqi təhlili.

  Riyazi məsələlər (ədəd, faiz, iş, hovuz, sürət).

  Qrafiklər və diaqramlar.

  Sahə və perimetr.

 

İNFORMATİKA

 İnformatika və onun əsas anlayışları

 İnformatika elmi, onun predmeti və tərkib hissələri. İnformasiya, onun xassələri, formaları və təsvir üsulları. İnformasiya prosesləri (ötürülməsi, qəbulu, saxlanması və emal olunması). İnformasiya miqdarının ölçü vahidləri. İnformasiyanın kodlaşdırılması. Say sistemləri. Natural ədədlərin onluq say sistemindən digər say sistemlərinə və əksinə keçid üsulları.

 Kompyuter və onun texniki təminatı

 EHM, onun yaranması və inkişaf mərhələləri. EHM-in arxitekturası və ümumi quruluş prinsipləri. EHM-in müxtəlif əlamətlərə görə təsnifatı.

 FK-nın təsnifatı. FK-nın iş prinsipi. Kompyuterin tərkib hissələri. FK-nın əsas qurğuları (sistem bloku, monitor, klaviatura, maus) və onların təyinatı. Daxili və xarici yaddaş qurğuları. Periferiya qurğuları.

 Alqoritmləşdirmənin əsasları

 Məsələlərin kompyuterdə həll mərhələləri. Alqoritm, onun əsas xassələri və təsvir üsulları. Alqoritmin tipik strukturları: xətti, budaqlanan və dövri alqoritmlər.

 Proqram təminatı (PT)

 Sistem proqram təminatı. Tətbiqi proqram təminatı. İnstrumental proqram sistemləri.

 Əməliyyat sistemləri(ƏS)

 ƏS-nin ailələri (MS-DOS, Linux, MacOS, Windows) və versiyaları, onların funksiyaları və təsnifatı. Fayl və onun əsas xarakteristikaları. Fayl sistemləri.

 MS Windows əməliyyat sistemi

 MS Windows XP ƏS-nin təyinatı, onun əsas xarakteristikaları. MS Windows XP sisteminin əsas elementləri (fayl, qovluq, qısayol (shortcut), pəncərə, tapşırıqlar paneli və s.). İş masası və onunla iş. Pəncərənin quruluşu və növləri. Baş menyu, sistem və kontekst menyuları. Fayl və qovluqlar üzərində əməliyyatlar.Obyektlərlə iş üçün mübadilə buferi. MS Windows XP-də əsas standart proqramlar.

 Mətn redaktorları və prosessorları

 Mətn redaktorlarının təyinatı və təsnifatı. Microsoft Word 2003 mətn prosessoru haqqında ümumi məlumat. Microsoft Word 2003 prosessorunda mətnin fraqmentləri üzərində əməliyyatlar. Mətnin daxil edilməsi, redaktə olunması, formatlaşdırılması, yaddaşda saxlanılması və çap edilməsi. Cədvəl və diaqramların qurulması. Düsturların daxil edilməsi. Word mətn prosessorunun qrafik imkanları.

 Cədvəl prosessorları

 Cədvəl prosessorlarının təyinatı və təsnifatı. MS Excel 2003 cədvəl prosessoru. MS Excel 2003–ün pəncərəsi. İş kitabı ilə iş. Elektron cədvəllərlə iş. Düsturların daxil edilməsi və redaktəsi. MS Excel 2003-ün funksiyaları (Statistical: AVERAGE, COUNT, COUNTA, MAX, MIN. Logical: AND, OR, NOT, IF, TRUE, FALSE. Math & Trig: SIN, COS, ABS, EXP, FACT, POWER, PRODUCT, SUM) və onlardan istifadə qaydaları. MS Excel 2003-də diaqramların qurulması, redaktəsi və formatlaşdırılması. Siyahılarla iş. Verilənlərin nizamlanması, süzgəclər.

 Elektron təqdimatlar

 Power Point 2003 proqramı ilə işin əsasları. Təqdimatların təşkilinin mərhələləri və vasitələri. Təqdimatların hazırlanmasında ilkin informasiyanın yığılması. Təqdimatların formaları. Təqdimatın strukturu (başlanğıc, əsas hissə, son). Təqdimatın redaktəsi və təşkili üsulları. Slaydlarla iş. Slaydın xarici forma və məzmununun təyini və təşkili. Slaydlara xüsusi effektlərin (animasiya, səs, video, diaqram, loqotip və s.) əlavə edilməsi. Təqdimata baxış rejimləri. Təqdimatın nümayişi.

 Verilənlər bazası.Verilənlər bazasını idarəetmə sistemləri

 VB anlayışı və struktur elementləri. VB-ni idarəetmə sistemləri (VBİS), onların funksiyaları və növləri. Verilənlərin modelləri (iyerarxik, relyasion, şəbəkə).

 MS ACCESS 2003-də VB-nin təşkili üsulları (VB ilə iş rejimləri, VB-nin obyektləri, VB-nin layihələndirilməsi). Sahə və verilənlərin tipləri. Verilənlərlə iş. Yazının daxil edilməsi və redaktəsi. İnformasiyanın axtarış şərtləri: məntiqi qiymət, əməliyyat, ifadə. Verilənlərin nizamlanması.

 Kompyuter qrafikasının əsasları

 Kompyuter qrafikasının əsas anlayışları. Kompyuter qrafikasının növləri (rastr, vektor, üçölçülü). Rastr və vektor qrafikası ilə işin əsasları. Qrafik redaktorlar haqqında ümumi məlumat. Qrafik faylların formatları.

 Kompyuter şəbəkələri

 Kompyuter şəbəkələrinin təyinatı və təsnifatı. Kompyuter şəbəkələrinin aparat təminatı. Əsas anlayışlar. Fayl-server, kliyent-server texnologiyaları. Lokal şəbəkələrin topologiyaları. Token Ring, Arcnet, FDDI və Ethernet texnologiyaları.

 İnternet qlobal şəbəkəsi

 İnternetin qısa tarixi. İnternetin fəaliyyətinin əsasları. Açıq sistemlərin qarşılıqlı əlaqəsi (OSI) modeli haqqında anlayış. TCP/IP protokolları. İnternetdə resursların ünvanlaşdırılması. Domen adlar xidməti (DNS). İnternet informasiya xidmətləri: e-mail, FTP, Telnet, Usenet, WWW(Web-sənəd, HTML və HTTP anlayışları). İnternetə bağlantı üsulları. Mobil rabitə və İnternet. Brauzerlər. Axtarış sistemləri. Sosial şəbəkələr.

 

İNGİLİS DİLİ

 İngilis dilinin səs və hərf tərkibi.

 Sözün leksik və qrammatik mənaları.

 Sözdüzəltmə (Word Formation).

 Nitq hissələri (The Parts of Speech).

 İsim (The Noun).

 Sifət (The Adjective).

 Say (The Numeral).

 Əvəzlik (The Pronoun).

 Kəmiyyət bildirən many, much, little, few, a little, a few,a lot (of), plenty (of) və başqa sözlərin işlənməsi.

 Feil (The Verb).

 Feilin xəbər şəkli (The Indicative Mood).

 Zamanlar (Tenses)

 Modal feillər (The Modal Verbs).

 Feilin məchul növü (The Passive Voice).

 Feilin əmr şəkli (The Imperative Mood).

 Feilin vasitəli şəkilləri (The Oblique Moods).

 Feilin şəxssiz formaları (The Non-finite Forms of the Verb)

 Zərf (The Adverb

 Artikl (The Article

 Sözönü (The Preposition).

 Ədat (The Particle).

 Bağlayıcı (The Conjunction).

 Modal sözlər (The Modal Words).

 Nida (The Interjection).

 Cümlə (The Sentence).

 Cümlədə sözlərin sırası (Word Order in the Sentence).

 Şəxssiz cümlələr (Impersonal Sentences).

 So do I; Neither do I tipli cümlələr.

 There formal sözü ilə başlanan cümlələr.

 Mürəkkəb cümlə (The Composite Sentence).

 Vasitəsiz və vasitəli nitq (Direct and Indirect Speech).