+994 12 5646999
zekakurslar@gmail.com

 

LİSEYLƏRƏ HAZIRLIQ SINAQ 3 MÖVZULARI

 Azərbaycan dili

 FONETİKA: Danışıq səsləri - saitlərin növləri və samitlərin növləri. Ahəng qanunu. Saitlərin uzun tələffüzü. “O” saitinin “A” kimi tələffüz edilməsi.

 Söz sonunda cingiltili samitlərin ( “b”, “c”, “d”, “g” )  tələffüzü. “K” və “Q” samitinin yazılışı və deyilişi.

 Qoşa samitlə bitən təkhecalı sözlər. Qoşasamitli sözlərin yazılışı və deyilişi. Sözün səs tərkibi.

 LEKSİKA: Sözün leksik və qrammatik mənası. Sözün həqiqi və məcazi mənası. Çoxmənalı sözlər.

 Omonimlər. Sinonimlər. Antonimlər.

 Terminlər. Köhnəlmiş sözlər – arxaizmlər və tarixizmlər. Frazeoloji birləşmələr.  Etimologiya nədir.

 Kök və şəkilçi. Leksik və qrammatik şəkilçilər. Sözün başlanğıc forması.  Şəkilçilərin variantları.  Bir cür yazılan şəkilçilər. Sözönü şəkilçilər.

 Söz yaradıcılığı. Düzəltmə sözlər. Mürəkkəb sözlər. Defislə yazılan mürəkkəb sözlər. Eyniköklü sözlər.

 

 Riyaziyyat

 Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər. Natural ədədlər üzərində toplama və çıxma. Vurma əməli və onun xassələri. Çoxrəqəmli ədədlər üzərində vurma əməli. Çoxrəqəmli ədədlər üzərində bölmə əməli. Əməllər sırası. Ədədin bölənləri. VI sinif - Sadə və mürəkkəb ədədlər. Mürəkkəb ədədin sadə vuruqlara ayrılması. Ən böyük ortaq bölən. Ən kiçik ortaq bölünən.

 Kəsrlər. Düzgün olmayan kəsrlər, qarışıq ədədlər. Məxrəcləri bərabər olan kəsrlərin toplanması. Məxrəcləri bərabər olan kəsrlərin çıxılması.  

 Kəsrin əsas xassəsi. Kəsrlərin ixtisarı. Kəsrlərin ortaq məxərcə gətirilməsi. Müxtəlif məxrəcli kəsrlərin müqayisəsi. Müxtəlif məxrəcli kəsrlərin toplanması və çıxılması. Qarışıq ədədlərin toplanması və çıxılması. Kəsrlərin vurulması. Qarışıq ədədlərin vurulması. Qarşılıqlı tərs ədədlər. Kəsrlərin bölünməsi. Hissəsinə görə ədədin tapılması. Adi kəsrlər üzərində əməllər.

 Onluq kəsrlər. Onluq kəsrlər və mərtəbə qiymətləri. Onluq kəsrlərin toplanması və çıxılması. Onluq kəsrlərin vurulması. Onluq kəsrə bölmə. Onluq kəsrin natural ədədə bölünməsi. Onluq kəsrin onluq kəsrə bölünməsi. Məsələ həlli. VI sinif - Onluq kəsrlər üzərində əməllər.

 Nisbət. Tənasüb. Düz mütənasib kəmiyyətlər. Mütənasiblik əmsalı. Ədədin verilmiş ədədlərlə düz mütənasib hissələrə bölünməsi. Tərs mütənasib kəmiyyətlər. Ədədin verilmiş ədədlərlə tərs mütənasib hissələrə bölünməsi. Miqyas.

 Hissələr. Dairəvi diaqram. Məsələ həlli. Faiz, onluq kəsr, adi kəsr. Ədədin faizi.VI sinif - Faiz. Faizinə görə ədədin tapılması. İki ədədin nisbətinin faizlə ifadəsi. Kəmiyyət dəyişməsinin faizlə ifadəsi. Faizə aid məsələlər.

 Müsbət və mənfi ədədlər. Ədəd oxu. Əks ədədlər. Tam ədədlər. Ədədin modulu. Tam ədədlərin müqayisəsi. Mənfi ədədlərin toplanması. Müxtəlif işarəli ədədlərin toplanması. Tam ədədlərin çıxılması. Tam ədədlərin vurulması. Tam ədədlərin bölünməsi. Əməllər sırası.

 

 Məntiq

 Rəqəmlər. Ədədlərin izahı. Natural ədədlər. Tam ədədlər. Rasional ədədlər.

 Ədədlər arasında əlaqələrin tapılması. Ədədi ardıcıllıqda çatışmayan ədədin tapılması.

 Şəkil münasibətləri.  Şəkil ədəd asasındakı əlaqələrin tapılması.

 Ədədlər və fiqur münasibətləri.

 Şifrələr. Operatorlar.

 İki kənar həddə görə orta həddin tapılması.

 Bir və daha çox ədədi ardıcıllıqlar arasındakı qanunauyğunluğun tapılması.

 Sütunlarda verilən ədədlər arasındakı qanunauyğunluğun tapılması.

 Cədvəllər. Qrafiklər.